Rusiyaya yeni səfir təyin edilən Rəhman Mustafayev etimadnaməsini Rusiya XİN müavini M. Qaluzinə təqdim edib. Bir neçə gün bundan əvvəl, Ermənistanın Rusiyaya yeni təyin edilən səfiri etimadnaməsini M. Qaluzinə təqdim etdi. Bizdə erməni səfirin etimadnaməsini V. Putin qəbul etmədiyinə görə Ermənistana aşağılayıcı mövqe qoyulduğu qeyd edilirdi. Azərbaycanin səfirinin də etimadnaməsi XİN rəhbəri S. Lavrov qəbul etmədi. Halbuki ikitərəfli görüş keçirildi.
Rusiyanın Azərbaycana mövqeyi birmənalı deyil. Azərbaycana sözdə müttəfiq deyilir. Halbuki Rusiya prezidenti Vladimir Putin Azərbaycanın səfirinin etimadnaməsini şəxsən qəbul edə bilərdi. Görünür, Ermənistanın xətrinə dəyməmək üçün M. Qaluzin səviyyədə etimadnamə qəbul edildi. Bir dövlətin digər ölkəyə münasibəti protokol qaydalarında məlum olur. Rusiyanın Azərbaycana təyin edilən səfirlər cənab prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə etimadnaməsi qəbul edilir.
Məhəmməd Əsədullazadə, politoloq