Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Fransanın əsl üzü ortadadır

ABŞ və Fransanın əsl üzü ortadadır


"ABŞ və Fransanın əsl üzü və cırılmış maskası ortadadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili deyib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinin dövlət katibi Blinkenə ünvanladığı məktub bunun əyani sübutudur:

"Təəssüf hissi ilə qeyd etmək istərdim ki, istər Birləşmiş Ştatlar, istərsə də Fransa Azərbaycanın regionda güclü dövlətə çevrilməsi, yeni reallıqlar yaratmasını qəbul etmək istəmir. Ona görə də müntəzəm olaraq ölkəmizə qarşı təzyiqlər edilir".

Millət vəkili bildirib ki, Azərbaycan indiyə qədər heç bir beynəlxalq təzyiq və təhdidlərə boyun əymədiyi kimi okeanın o tayından Bakıya qarşı yönəlmiş təzyiqlərə də boyun əyməyəcək.

Süleyman
Xəbəri paylaş