Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazda baş verən proseslərdə ABŞ-ın planları mühüm əhəmiyyət kəsb edir

Cənubi Qafqazda baş verən proseslərdə ABŞ-ın planları mühüm əhəmiyyət kəsb edir


Amerikanın Azərbaycanla əlaqələrində mövcud gərginlik dövrü olaraq təkrarlanan haldır. Amma, artıq regionda və dünyada gedən geosiyasi proseslər elə bir dövrə daxil olur ki, ölkələrin öz tərəflərini seçməli olduğu bəlli olur.

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycan bu illər ərzində özünün siyasətini elə qurub ki, bütün güclərlə eyni məsafədə dayana bilib:

"İndiki məqamda Amerikanın Ermənistana görə Azərbaycana təzyiq siyasəti yürütməsi əslində ABŞ-ın geosiyasi maraqları ilə əlaqədardır. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-da keçiriləcək Prezident seçkilərindən tutmuş, Yaxın Şərqdə gözlənilən proseslərə kimi mürəkkəb məqamları özündə cəmləşdirir. Qeyd edilənlər fonunda Cənubi Qafqazda baş verən proseslərdə ABŞ-ın planları da mühüm əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, ABŞ çalışır ki, Azərbaycan və Ermənistan arasında yarımçıq qalan sülh məsələsi hansısa müqavilə ilə nəticələnsin:

"İki ölkəninin artıq geri yolu qalmasın və ABŞ-da regiondakı növbəti planlarına keçsin. Məsələn, Ermənistanın Rusiya ilə olan münasibətləri üzərindən oynanılan oyunlar, Gürcüstan məsələsi, hətta Azərbaycanda demokratiya oyunları və s.
Hesab edirəm ki, Azərbaycan dövləti oyunların arxasında olan planları yaxşı başa düşür və buna görə Ermənistanla münasibətlərinə hələlik aydınlıq gətirmək istəmir.
Amma bir müddət də gözləməkdə fayda var deyə düşünürəm. Ən azı ABŞ seçkiləri və Yaxın Şərq, Rusiyanın məsələsi nisbətən dəqiqləşsin".

Süleyman
Xəbəri paylaş