Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fıstıq ixracatı 150 milyon dollara yaxınlaşıb

Fıstıq ixracatı 150 milyon dollara yaxınlaşıb


Türkiyədən ilin 9 ayında 88 ölkəyə 144 milyon 489 min dollar dəyərində püstə ixracı edilib.

Newscenter.az Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinə istinadən bildirir ki, fıstıq ixracatı 150 milyon dollara yaxınlaşıb.

Məlumata görə, 2023-cü ildə 96 ölkəyə 151 milyon 568 min dollarlıq fıstıq ixrac edilib.

Keçən ilin yanvar-sentyabr dövründə fıstıq ixracından 87 milyon 854 min dollar gəlir əldə edildiyi halda, bu ilin eyni dövründə bu rəqəm 65 faiz artaraq 144 milyon 489 min dollar olub.

Bu il Türkiyə dünyanın 88 ölkəsinə fıstıq satıb və İtaliya ən çox ixrac etdiyi ölkələr sırasında olub. Yanvar-sentyabr dövründə Türkiyə 33 milyon 307 min dollarla İtaliyaya fıstıq satıb, onu 27 milyon 484 min dollarla Almaniya və 6 milyon 338 min dollarla ABŞ izləyir.

Mehman Mehdiyev
Xəbəri paylaş