Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb



Oktyabrın 8-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşaya çatıb.

Newscenter.az xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 60 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 220 ailə (823 nəfər) mənzillə təmin edilib.

Süleyman
Xəbəri paylaş