Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir əsrdən çox yaşı olan məscid yandı

Bir əsrdən çox yaşı olan məscid yandı


Türkiyədə bur əsrdən çox yaşı olan məscid yanıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Bartında baş verib. Bartının Ulus rayonunda baş verən yanğında 564 illik tarixi məscidə ciddi ziyan dəyib.

Məlumata görə, Kaldırım məhəlləsində, Atatürk küçəsində yerləşən və 1460-cı ildə tikilmiş Mərkəz Həsən Dədə məscidinin damında naməlum səbəbdən yanğın baş verib.

Xəbər verildikdən sonra bölgəyə Meşə Təsərrüfatı Müdirliyinə aid yanğınsöndürmə briqadaları və su maşınları göndərilib.

1889 və 1904-cü illərdə iki dəfə yanğına məruz qaldığı bildirilən və təmirdən sonra yenidən ibadət üçün açılan məsciddə baş verən yanğının səbəbi araşdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş