Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var

Döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var


Küveytdə döyüş təyyarəsi qəzaya uğrayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Küveyt ordusuna məxsus qırıcı təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.

Ölkənin şimalında təlim uçuşu həyata keçirən təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil.

Küveyt Müdafiə Nazirliyinin sözçüsü Casim əl-Sakr X hesabında verdiyi açıqlamada hadisəni təsdiq edib. O qeyd edib ki, Küveyt Hərbi Hava Qüvvələrinə aid F-18 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş