Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əməkdar incəsənət xadimi məktəblilərlə görüşəcək

Əməkdar incəsənət xadimi məktəblilərlə görüşəcək


“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

Newscenter.az xəbər verir ki, görüş oktyabrın 10-da paytaxtdakı 161 nömrəli tam orta məktəbdə baş tutacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, asudə vaxtın düzgün təşkil olunması, incəsənət bacarıqlarının inkişafı, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti, Kaspi.az saytı və Baku TV-dir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş