Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu şəhərin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm rol oynayacaq

Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu şəhərin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm rol oynayacaq


Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi bu şəhərin beynəlxalq miqyasda tanıdılması baxımından mühüm rol oynayacaq. Laçın şəhərinin çox böyük strateji əhəmiyyəti var, ermənilər 1992-ci ildə Şuşa, ardınca Laçını işğal etməklə bütün Qarabağa nəzarəti əldə keçirdilər, 44 günlük Vətən müharibəsindən sonra Laçın uğrunda çox böyük mübarizə getdi, Laçının neytral bir ərazi kimi saxlanmasında bir sıra beynəlxalq qüvvələr maraqlı idi. Azərbaycan dövlətinin qətiyyəti sayəsində biz Laçını yad əllərdən təmizləyə bildik. Laçın MDB-nin mədəniyyət paytaxtı olmağa layiq şəhərdir, burada infrastruktur, gözəl təbiəti və mədəniyyət tədbirlərinin keçirilməsi üçün çox yaxşı şərait qurulmuşdur. Mədəniyyət paytaxtı olduğu müddətdə Laçın şəhəri beynəlxalq miqyasda daha çox tanınacaq və bu turizm nöqteyi nəzərdən Qarabağın inkişafına öz töhfəsini verəcək. Bunun əlbəttə siyasi əhəmiyyəti də çox böyükdür, 30 il ərzində Ermənistan Respublikasının işğalı altında olduğundan Azərbaycan şəhəri olan Laçının gözəlliyi və zəngin mədəniyyətini dünyaya təbliğ edə bilmirdik. İndi isə işğaldan azad olunduqdan sonra ilk dəfə MDB məkanı səviyyəsində Laçın mədəniyyət paytaxtı elan olundu. Bu həm də onu göstərir ki, MDB məkanında Azərbaycanın Qarabağ bölgəsində apardığı abadlıq və yenidənqurma işlərinə yedkil dəstək mövcuddur, MDB-yə üzv olan dövlətlər Laçın şəhərində və bütövlükdə Qarabağda mədəni irsimizin qorunmasına və bərpasına öz dəstəyini nümayiş etdirirlər. Bu amil yenidən region dövlətlərinin nüfuzlu liderlərinin və nümayəndələrinin Qarabağa səfər etməsi üçün önəmli bir təşəbbüsdür.

Vüqar Əhmədov politoloq
Xəbəri paylaş