Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ zəfəri həm də siyasi peşəkarlıq nümunəsi idi

Qarabağ zəfəri həm də siyasi peşəkarlıq nümunəsi idi


"Keçmiş Qarabağ problemi ölkəmiz üçün SSRİ-dən qalma miras idi və biz bunu müstəqillik dövründə həll etməyi bacardıq. Qarabağ zəfəri hərbi uğurdan ötə, həm də siyasi peşəkarlıq nümunəsi idi".

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. O bildirib ki, Cənab Prezident İlham Əliyevin liderlik etdiyi Azərbaycan diplomatiyası geosiyasi mübarizə mərkəzlərindən biri olan Cənubi Qafqazda hərbi və politik gedişlə vizyon dəyişikliyi etdi:

"Çox vaxt keçmiş problem üzərində Rusiya faktoru qeyd olunsa da, prosesdə Qərbin də iştirakı kifayət qədər yüksək idi. İlk əvvəl onu qeyd etməliyik ki, Qərb münaqişənin dondurulması və yaxud özlərinin təqdim etdikləri, hansı ki bütünlükdə Azərbaycanın maraqlarına zidd olan təkliflər əsasında münasibətlərin nizamlanması üçün çalışırdılar. Hətta 44 günlük Vətən Müharibəsindən sonra belə ölkəmiz Aİ və ABŞ-tam hüquqlu vasitəçi olmaq imkanı tanıdı. Ancaq onlar yaranmış situasiyanı yenə də Ermənistanın lehinə istifadə etməyə çalışdılar".

Pərviz Mirizadə deyib ki, belə olduğu təqdirdə rəsmi Bakı Qərbin proseslərdə iştirakını sərhədləməyə başladı:

"Azərbaycan torpaqlarının 30 illik işğalına münasibət bildirməyən Qərb, ərazi bütövlüyü prinsipinin prioritet olmasını 2022-ci il sentyabr hadisələrindən sonra şərti sərhəddə toqquşmalar zamanı məsələnin Ermənistan aspektindən aktuallaşdığı vaxt başa düşdü.
Bütün bunlar, ikiüzlü yanaşmalar Azərbaycanın necə bir mübarizə meydanında və necə rəqiblərlə döyüşdüyünün göstəricidir".

Süleyman
Xəbəri paylaş