Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağın əsil sahibinin kim olduğunu bütün qanmazlar da qanmaq məcburiyyətində qalacaqlar

Qarabağın əsil sahibinin kim olduğunu bütün qanmazlar da qanmaq məcburiyyətində qalacaqlar


"Bu çox önəmli bir hadisədir. Belə bir seçim ona görə mümkün olub ki, Azərbaycan hökuməti erməni vandallarının dağıtdığı Laçında son bir neçə ildə gözəlliyi ilə qürur duya bildiyimiz şəhər və qəsəbələr sala bilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. O bildirib ki, bu həm də torpaqlarımızı 30 il işğal altında saxlamış nankor ermənilərin üzünə vurulan sərt bir sillədir:

"Hesab edirəm ki, Şuşadan sonra Laçının belə yüksək təqdimatı son olmayacaq, bunun ardınca biz Ağdamda, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə və erməni işğalından azad edib yenidən qurduğumuz digər məkanlarda da beynəlxalq əhəmiyyətli tədbirlər keçirəcəyik və bununla da Qarabağın əsil sahibinin kim olduğunu bütün qanmazlar da qanmaq məcburiyyətində qalacaqlar".

Süleyman
Xəbəri paylaş