Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Koreya Cənubi Koreya ilə quru və dəmir yolu əlaqələrini kəsəcək

Şimali Koreya Cənubi Koreya ilə quru və dəmir yolu əlaqələrini kəsəcək


Şimali Koreya Cənubi Koreya və ABŞ-ın hərbi əməliyyatları səbəbindən bu gündən etibarən Cənub ilə bütün quru və dəmiryol əlaqələrini kəsəcəyini açıqlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Şimali Koreya xəbər agentliyi KCNA məlumat yayıb.

KCNA-nın xəbərinə görə, Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada oktyabrın 9-dan etibarən sərhəddəki avtomobil və dəmir yolu əlaqələrinin kəsiləcəyi, sərhəd bölgələrinin möhkəmləndiriləcəyi bildirilib.

Cənubi Koreyanın “əsas düşmən dövlət” və “sabit əsas düşmən” olaraq təyin olunduğu bildirilən açıqlamada, “Ordumuzun sərhədi daimi olaraq kəsib bağlaması müharibənin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə tədbiridir”,-deyə bildirilib.

Anar Əliyev
Xəbəri paylaş