Bu ilin yanvar-sentyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 274 532 cərrahi əməliyyat və prosedur (251.578 stasionar, 22.954 ambulator olmaqla) icra olunub.
Newscenter.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, tibbi müəssisələrində bu ilin yanvar-sentyabr ayları üzrə ümumilikdə 17 979 237 müraciət qeydə alınıb. Bunlardan 446 065-i stasionar, 17 533 172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.
Bu ilin ilk 9 ayı üzrə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Həmin müddət ərzində 61 794 180 (8 277 201 stasionar, 53 516 979-u ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 59%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25% artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlin ilk 9 ayı ərzində 24 653 322 laborator müayinələr aparılıb ki, onların da 3 830 336-sı stasionar, 20 822 986-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 123%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. Yanvar-sentyabr ayları ərzində 274.532 cərrahi əməliyyat və prosedur (251 578 stasionar, 22 954 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 16%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9% artıb.
Nərgiz Əzizova