Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda avtomobil qəzasında polis zabiti vəfat edib

Yevlaxda avtomobil qəzasında polis zabiti vəfat edib


Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

Mehman Mehdiyev
Xəbəri paylaş