Qazaxıstanın Kostanay vilayətinin Jitikara şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yanğın nəticəsində 5 uşaq dünyasını dəyişib.
Faciə bu gün səhər saat 04.29 radələrində baş verib. Xilasedicilər 7 dəqiqə ərzində çatana kimi evi tamamilə alov bürüyüb, dam örtüyü uçub.
Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüb və dağıntıları təmizləyiblər. Saat 06:08-də yanğın təcrid olunub və tam söndürülüb.
Hadisə zamanı evdə böyüklərin nəzarəti olmadan 2011, 2016, 2018, 2019, 2022, 2023-cü il təvəllüdlü azyaşlı uşaqlar olub. Dağıntıların təmizlənməsi zamanı 5 uşağın meyiti aşkarlanıb.
Mehman Mehdiyev