Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kiyevə əlavə yardımı paketini dəstəkləməyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kiyevə əlavə yardımı paketini dəstəkləməyəcək


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Kiyevə əlavə yardımı dəstəkləməyəcəyini bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ukraynadakı münaqişənin hansı şərtlərlə həll olunacağını bilmir. Conson deyib ki, Kiyevə Amerika büdcəsindən əlavə maliyyə yardımının ayrılması ideyasını dəstəkləmir.

"Punchbowl News" portalına müsahibəsində Mayk Conson onu da deyib ki,
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna böhranının nizamlanmasını təmin edə biləcək.

"Düşünürəm ki, Tramp seçkilərdə qalib gəlsə, həqiqətən də münaqişəyə son qoya biləcək. Mən həqiqətən belə hesab edirəm", - deyə Conson vurğulaylb.

Mehman Mehdiyev
Xəbəri paylaş