Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Arktikada buzlar əriməkdədir

Arktikada buzlar əriməkdədir


Qərbin artan təzyiqləri fonunda Rusiya-Çin yaxınlaşması getdikcə sürətlənir. Pekin-Moskva yaxınlaşması elə bir həddə çatıb ki, tərəflər hətta bir sıra regionlarda bir-birinə güzəştə getməyi də bacarır.

Newscenter.az-ın xəbərinə görə, politoloq Pərviz Əliyev deyib ki, Çin Rusiyanın Arktikada liderliyini tanıyır. Onun sözlərinə görə, Çin Arktikada öz hərbi qüvvələrini yerləşdirməyi planlaşdırmır, lakin Rusiya ilə birlikdə regionda patrul xidmətində fəal iştirak etmək niyyətində olduğunu bəyan edib:

"Bu bəyanat Arktikada mövcudluğunu gücləndirməyə çalışan, lakin digər dövlətlərlə qarşıdurmaya girmək istəməyən Çinin mövqeyini təsdiqləyir. Rusiya ilə patrul xidməti onun birbaşa hərbi qarşıdurmaya keçmədən Arktika məsələlərində fəal iştirakçı olmaq qabiliyyətini nümayiş etdirməyin bir yoludur. Çin Arktika ilə ilk növbədə zəngin resurslarına və mühüm strateji yerləşməsinə görə maraqlıdır. Bununla belə, bəzi digər ölkələrdən fərqli olaraq, Çin beynəlxalq əməkdaşlığa və Arktikadan dinc istifadəyə önəm verir"

Pərviz Əliyev qeyd edib ki, Kanada Şimali Avropa ölkələri ilə Rusiyanın daxil olmadığı və müdafiə, kəşfiyyat və kiber təhdidlər üzrə koordinasiya üçün forum təmin edəcək yeni Arktika təhlükəsizlik koalisiyası yaratmaq üçün işləyir.

Anar Əliyev
Xəbəri paylaş