Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəşəriyyətin taleyi qlobal həmrəyliyin təmin olunmasından asılıdır

Bəşəriyyətin taleyi qlobal həmrəyliyin təmin olunmasından asılıdır


"Ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyət hamı tərəfindən yüksək qiymətləndirilir. Bakıda səfərdə olan BMT Baş katibinin müavini Amina Mohammed və bir sıra ölkələrin iqlim və ekologiya nazirləri də bu həqiqəti təsdiqləyir və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq proseslərinə, Azərbaycanın COP29 Sədrliyinə dəstəklərini ifadə edirlər. Ötən gün Bakıda fəaliyyətə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) çoxsaylı xarici qonaqların iştirakı da bu dəstəyin ifadəsidir".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, konfransa qatılan əksər qonaqlar Azərbaycanın COP29 Sədrliyində çoxşaxəli əməkdaşlıqların gerçəkləşəcəyini və ümumiyyətlə, COP29-un Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə verməsi üçün fürsət olacağını və bunun uğurlu nəticələrə gətirib çıxaracağını bildirirlər:

"Dünyanı mövcud iqlim böhranından xilas etmək kimi əhəmiyyətli bir vəzifənin Azərbaycana həvalə edildiyini vurğulayan Pre-COP29 iştirakçıları Bakının ev sahibliyi edəcəyi COP29 tədbirinin mükəmməl olacağına və qlobal istiləşməyə qarşı mübarizədə mühüm rol oynayacağına əminliklərini ifadə edirlər".

Əlisahib Hüseynov onu da vurğulayıb ki, Prezident İlham Əliyev də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına ünvanladığı müraciətində qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimizin COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardığını vurğulayıb və bunu ölkəmizə qarşı yüksək inamın, etimadın təzahürü kimi qiymətləndirib: “Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək”.

Dövlətimizin başçısı həmçinin onu da qeyd edib ki, ixtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz COP29-un təşkili üçün tam məsuliyyəti öz üzərimizə götürdük və ötən aylar ərzində bu istiqamətdə nəzərəçarpan nailiyyətlər əldə etmişik. Belə ki, qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP-una hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir. Eyni zamanda COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı xarici səfərlər həyata keçirir və qarşı tərəflərin narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir".

Komitə sdəri deyib ki, Cənab Prezident Pre-COP29 iştirakçılarına müraciətində COP29-un təşkilatçısı və ev sahibi olaraq Azərbaycanın bu qlobal tədbir üzrə əsas hədəfini, prioritetini də açıqlayıb:

"O, bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi dəstək verilməsi üçün səylərini əsirgəmir: “Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir”.

Müraciətdə o da qeyd olunub ki, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan ölkələrin, eləcə də ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Beləliklə, COP29 inkişaf etməkdə olan ölkələrin problemlərini dünyanın diqqət mərkəzinə gətirmək üçün əlverişli platforma ola bilər. Bununla yanaşı, Prezident İlham Əliyev onu da vurğulayıb ki, COP29-un sədri qismində nə Azərbaycan, nə də hər hansı digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik".

Komitə sdəri hesab edir ki, ancaq bununla belə, Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi dairələr COP29-un işinə mane olmaq və Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirmək üçün bu son günlərdə çox fəallaşıblar:

"Dövlətimizin başçısı sözügedən müraciətində bu məsələyə də münasibət bildirdi və eyni zamanda qəti əminliklə bəyan etdi ki, bu cür məkrli fəaliyyətlər bizi ğz nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz: “Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz”.

Biz erməni lobbisinin muzdlu sifarişlərini yerinə yetirən anti-Azərbaycan qüvvələrin qarayaxma və dezinformasiya üsullarına yaxşı bələdik. Ona görə də COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarına hazırıq. Müşahidələr onu göstərir ki, COP29 həm də xeyirlə şərin mübarizə platformasına çevrilməkdədir. Belə ki, Azərbaycan COP29-un timsalında bütün planeti narahat edən qlobal iqlim dəyişikliyi məsələlərin müzakirəsinə ev sahibliyi etməyə hazırlaşır, lakin anti-Azərbaycan qüvvələr isə COP ərəfəsində öz destruktiv davranışları ilə bu mötəbər iqlim konfransını siyasiləşdirməyə, dünya erməniçiliyinin maraqlarını fəal surətdə müdafiə etməyə cəhd göstərirlər.

Lakin Prezident İlham Əliyev COP29 öncəsi tədbirinin iştirakçılarına müraciətində bütün mütərəqqi qüvvələri bəşəriyyət naminə əməkdaşlığa çağırdı: “COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur”.

Prezidentin çağırışı bir daha onu göstərir ki, Azərbaycan COP29-un təşkilatçısı kimi öz missiyasını uğurla yerinə yerinə yetirmək əzmindədir. Bəli, iqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur, qlobal iqlim dəyişikliklərinin fəsadlarını aradan qaldırmaq üçün hamı birləşməli və Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı razılaşma əldə olunmalıdır. Bu mənada COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşma – “Bakı Sazişi” imzalana və beləliklə, qlobal həmrəylik nümunəsi ortaya qoyula bilər. Bəşəriyyətin taleyi qlobal həmrəyliyin təmin olunmasından asılıdır".

Süleyman
Xəbəri paylaş