Türk çayı 116 ölkədə özünə alıcı tapıb.
Newscenter.az Türkiyə Ticarət Nazirliynə istinadən bildirir ki, nəticədə çay ixracından 18 milyon dollardan çox gəlir əldə edilib. Nazirlikdən bildirilib ki, bu göstərici cari ilin 9 ayını əhatə edir.
Çay ixracından ən çox gəlir 5 ölkədən Belçika, Böyük Britaniya, KKTC, Almaniya və ABŞ-dan olub.
İlin 9 aylıq dövründə Belçikaya 6 milyon 105 min 169, İngiltərəyə 2 milyon 766 min 299, KKTC-yə 1 milyon 338 min 382, Almaniyaya 1 milyon 318 min 268 və 1 milyon 246 min 456 dollar dəyərində çay satılıb.
Natiq Orucov