Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir müəllifi olduğu kitab nəşr edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Alptekin Cihangir İşbilir öz sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, bu araşdırma geosiyasi transformasiyanın qanlı nöqtələri olan Suriya və Yəmən hadisələrindən başlayaraq İslam Dünyası üçün sivil sülhün formulunun axtarışına və bu dilemmadan çıxış yolunun axtarışına töhfə vermək məqsədi daşıyır:
"Bu işi son 20 ildə araşdırdıq və dostlarımıza, tələbələrimizə töhfə etdik. Divan Araşdırma və Təhsil Dərnəyinin Başqanı cənab Ergün Engin Ərzurum Böyükşəhər Bələdiyyə Başqanı Sayın Mehmet Sekmen, EBB Mədəniyyət Departamentinin Başqanı Sinan Celikkol dəyər və önəm üçün təşəkkür edirəm".
Alptekin Cihangir İşbilir bildirib ki, əsərin ön sözünü Bakıda yazmaq nəsib oldu:
"Artıq Azərbaycan və Türkiyə üçün yeni əsərlər yazmağa başlamışam”.