Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Əhmədova taksi fəailiyyəti üçün lisenziya verən şəxs də cəzalandırılmalıdır

Əhməd Əhmədova taksi fəailiyyəti üçün lisenziya verən şəxs də cəzalandırılmalıdır


Xüsusi amansızlıqla ailəsinin beş üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə müttəhim barəsində qərar qəbul edilib.

Qərara əsasən, Əhməd Əhmədov Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı münasibətini bildirən həkim Aysel Əskərova deyib ki, bu məsələ ətrafında ciddi araşdırma aparılmalı və bəzi şəxslər də cəzalandırılmalıdır:

"Məntiqlə fikirləşəndə Əhməd əgər psixi xəstə kimi qiymətləndirilibsə, o zaman onun psixi xəstə kimi datasına əsasən ona sürücülük vəsiqəsi almaq üçün rüşvət qarşılığında sənəd verən həkim də məsuliyyət daşıyır. Eyni zamanda taksi fəailiyyəti üçün ona lisenziya verən şəxs də cəzalandırılmalıdır".

Süleyman
Xəbəri paylaş