Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş tərkibli iclası keçirilib

Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş tərkibli iclası keçirilib


Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş tərkibli iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İctimai Şuranın üzvləri, Ağsaqqallar Şurasının rəhbərliyi, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin məsul əməkdaşları, ictimai təşkilatların rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva iştirakçıları salamlayaraq, İctimai Şuranın fəaliyyət istiqamətləri haqqında çıxış edib. Bildirib ki, cənab İlham Əliyev tərəfindən əsası qoyulan vətəndaş cəmiyyətinin genişləndirilməsində hər bir İctimai Şuranın fəaliyyəti davamlı və mərhələli olmalıdır. Bu nöqteyi nəzərdən Nəsimi Rayon İcra Hakmiyyəti yanında İctimai Şura bunları özünə əsaslı istiqamət seçib.

Belə ki, mütamadi qayda da rayon sakinləri ilə görüşlərin keçirilməsi, gənclərin və onların qayğılarına diqqətin artırılması, veteran və qazilərə göstərilən dəstək, istənilən yaş qrupunun qaldırdığı məsələlərin icrasına yönəlmiş işlərdə heç şübhəsiz Şura sədrinin və Şuranın tərkibində formalaşan üzvlərin mərhələli fəaliyyəti günün tələblərinə tam cavab verir.

Süleyman
Xəbəri paylaş