Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinə medal verildi

Putinə medal verildi


Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putini türkmən şairi və klassiki Maqtımqulu Fraqinin 300 illik yubileyi şərəfinə medalla təltif edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Berdiməhəmmədov şairin 300 illik yubileyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu xatırladıb:

“Fürsətdən istifadə edərək, bu işdə göstərdiyiniz dəstəyə və köməyə görə sizə təşəkkür etmək istərdim, hörmətli Vladimir Vladimiroviç, mən sizi Maqtimqulu Fraqi medalı ilə təltif etmək qərarına gəldim, bu, xalqlarımız və ölkələrimiz arasında daha bir parlaq simvol olacaq".

Mehman Mehdiyev
Xəbəri paylaş