Qazaxıstan ərazisindən neft məhsullarının avtomobil və dəmir yolu ilə ixracı altı ay müddətinə qadağan edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Energetika Nazirliyi müvafiq əmrin layihəsini hazırlayıb.
Qadağa Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə də şamil edilir.
“Daxili bazarda mazut qıtlığının qarşısını almaq üçün Energetika Nazirliyi xrac oluna bilən neft məhsullarının dəmir yolu nəqliyyatı ilə ixracına qadağa qoymağı planlaşdırır”, - deyə məlumatda bildirilir.
Mehman Mehdiyev