Roma Papası Fransisk Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin verdiyi məlumata görə, görüş 35 dəqiqə davam edib.
Görüş zamanı Ukraynadakı münaqişənin hazırkı durumu və humanitar vəziyyət, habelə müharibəni dayandıra biləcək yollar müzakirə olunub.
Qeyd edək ki, müşahidəçilər Kiyev və Vatikan arasında münasibətlərin kifayət qədər gərgin olduğunu qeyd edirlər. Dəfələrlə anlaşılmazlıq halları yaranıb və Ukrayna tərəfi dəfələrlə Papa Fransiski açıqlamalarına görə açıq şəkildə tənqid edib. Xüsusilə, pontifik bildirib ki, “ağ bayraq” məğlubiyyət deyil, sülh və insanların həyatını xilas etmək istəyi deməkdir. Kiyevdə isə bunu təslim olmağa çağırış kimi qəbul etdilər.
Mehman Mehdiyev