Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səyyar qatar klinikası Bakı Dəmiryol Vağzalında sakinlər üçün tibbi aksiya keçirib.

Səyyar qatar klinikası Bakı Dəmiryol Vağzalında sakinlər üçün tibbi aksiya keçirib.


Bu gün ADY, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə səyyar qatar klinikası Bakı Dəmiryol Vağzalında sakinlər üçün tibbi aksiya keçirib.

Newscenter.az quruma istinadən bildirir ki, aksiya çərçivəsində müraciətlər əsasında müayinə və müalicə tədbirləri təşkil edilib, eyni zamanda ciddi problemlərlə üzləşən və ya çətin əməliyyat tələb olunan pasientlər üçün Milli Oftalmologiya Mərkəzində yenidən tibbi baxışdan keçməyə şərait yaradılıb.

2018-ci ildən fəaliyyət göstərən səyyar qatar klinika həm dəmiryolçular, həm də ölkə ərazisi üzrə sakinlər üçün peşəkar və beynəlxalq təcrübə əsasında ixtisaslaşmış həkim-oftalmoloqların yardımı ilə müayinə, müalicə və əməliyyat imkanlarını əlçatan edir.

Süleyman
Xəbəri paylaş