Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan güclü dövlətdir

Azərbaycan güclü dövlətdir

 
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər genişlənib. Dövlət başçılarının qarşılıqlı dövlət səfərləri də bunun təzahürüdür.

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasında səfərdə oldu. Oktyabrın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündəki çıxışında Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərin ardıcıl inkişafı işinə xidmət edəcəyini, MDB Humanitar Əməkdaşlıq Şurasıının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildiyini, MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciət qəbul etdiyini xatırladan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi...”.

Dövlət başçımız çıxışında İkinci dünya müharibəsində Bakıda 41 hərbi hospital fəaliyyət göstərdiyini, 440 min yaralının müalicə olunduğunu, 416-cı Azərbaycan atıcı diviziyasının 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olduğunu, mayın 2-də diviziyanın döyüşçülərinin polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılqlarını da xatırlatdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə jurnalistin sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri haqqında vediyi suala cavabı da güclü məntiqin, dürüst siyasi münasibətin, dünyəvi dövlətin mövqeyi kimi dinlənildi: “...Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil...”...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirakı da, Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə təkbətək görüşündə çıxışı da, “Rossiya-1” televiziya kanalına müsahibəsində dedikləri də təsdiqlədi ki, dünyəvi dövlət olmaq etibarilə Azərbaycan güclü dövlətdir.
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş