Son iki il ərzində Fransa, İran, Hindistan kimi ölkələrdən çox sayda müxtəlif tiplər üzrə hərbi avadanlıqlar əldə edən Ermənistan, bu dəfə gözünü tamamilə fərqli bir texnikaya və fərqli bir bazara dikib. Söhbət Cənubi Koreya istehsalı olan "K2 Black Panther" tanklarından gedir. Ermənistan ordusunun rəsmiləri sözügedən tankla bağlı maraqlandıqlarını rəsmi şəkildə bəyan ediblər.
Bəs Ermənistanı bu tip surpriz gedişata sövq edən əsas səbəb və yaxud səbəblər nələrdir? Bu sualın cavabın tapmağa çalışaq.
Ermənistan İkinci Qarabağ müharibəsinə qədər təxminən 400- 450 arası işlək vəziyyətdə tanka sahib idi.
Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu sahib olduğu yüksək texnoloji silahlar vasitəsilə ( ATGM - kornet və spike ailəsi, Bayraktar TB 2 + MAM-L, MAM-C, müxtəlif tip kamikadze dronlar və, s) Ermənistanın təxminən 250-300 ədəd məlum döyüş vasitəsini sıradan çıxartdı. İndi Ermənistanın silah parkında işlək vəziyyətdə təqribən 100 tank var və onlarda nisbətən köhnə tanklardır. Buna görə də İrəvan üçün yeni hərbi texnikalar almaq zərurəti yaranır. Çünki Azərbaycan Silahlı Qüvvələri ilə Haykakan Banak arasında qüvvələr balansı ordumuzun lehinə uçurum həddindədir.
Rəsmi İrəvan qismən də olsa balansı yaxınlaşdırmağa çalışır.
Niyə məhz K2 tankları? Bu sualın da cavabı bir neçə istiqamət üzrədir.
İlk səbəb, Ermənistan ənənəvi xətt üzrə hərəkət etmək istəmir. Söhbət rus tanklarının alınmasından gedir. İrəvan rəsmiləri artıq rus texnologiyasına bel bağlamır. Digər tərəfdən Rusiyanın Ukrayna savaşına fokuslanması Ermənistandan istək olsa belə bu ehtimalı sıfıra endirir.
İkinci səbəb:Alternativ mənbə çatışmazlığı. Ermənistanı silahlandıran ölkələr içində öz tankını istehsal edə bilən tək ölkə Fransadır. Düzdür İran və Hindistan da tank istehsal edə bilir. İran rus T 72 tankları üzərindən Qərrar adlı bir proqram həyata keçirir, Hindistan da " Arjun" adında vasat bir tank istehsal etməyi bacarmışdı. Lakin onların texnoloji imkanları çox geridir və tələbləri qarşılamır. Fransız Lecler tankları isə Ermənistan ordusunun başa çıxacağı bir seçim deyil. Bu tanklar həm bahalı, həm qarmaşıq idarəetmə mexanizmləri, həmdə baxım maliyyətinin yüksək olması ilə seçilir. Ermənistanın hərbi büdcəsi Lecler tanklarını daşıyacaq gücdə deyil.
Geriyə K2- yə diqqət ayırmaqdan ötə o qədər də seçim qalmır. Blakc Panther tankları da kifayət qədər bahalı bir sistemdir. Ancaq istər texnoloji, istərsə də performans cəhətdən diqqətə layiq bir texnikadır. Lakin müasir müharibələrin döyüş metodikasında olunan dəyişikliklər, kamikadze dron və hər gün inkişaf edən ATGM modelləri tədricən tank erasını qapadır. Hesab edirəm ki, İrəvanın bu silahı da əldə etməsi ümumi nəticəyə təsir göstərə bilməyəcək.
Pərviz Mirizadə: AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi