Adil Kərimli Naxçıvanda bir sıra mədəniyyət ocaqlarına baxış keçirib. Daha sonra muxtar respublikanın Şahbuz rayonuna səfər edən nazir burada Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahbuz şəhərindəki “Araz” kinoteatrına baxış keçirib.
Newscenter.az xəbər verir ki, müəssisələrlə tanışlıq zamanı bildirilib ki, ölkəmizdəki bütün mədəniyyət və bədii təhsil ocaqlarına vahid yanaşma mövcuddur. Müəssisələrdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılmalıdır.
Bundan əlavə, muxtar respublikaya səfər çərçivəsində Azərbaycan Respublikası mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Oleq Əmirbəyov və Cəsarət Valehov da müvafiq sahələr üzrə Naxçıvan şəhərində müəssisələr və kollektivlərlə tanış olublar.
Nərgiz Əzizova