Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatları QDİƏT PM-nin komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları QDİƏT PM-nin komitə iclaslarında iştirak edəcəklər


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputat Mahir Süleymanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) komitə iclaslarında iştirak etmək üçün oktyabrın 16-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, qurumun İqtisadi siyasət və inkişaf komitəsinin iclasında “Nəqliyyat infrastrukturu QDİƏT-ə üzv dövlətlərdə inkişaf amili kimi” mövzusunda, Sosial və humanitar siyasət komitəsinin iclasında “QDİƏT-ə üzv dövlətlərdə mədəni irsin qorunmasının gücləndirilməsində parlamentarilərin rolu” mövzusunda hesabat və tövsiyə layihələri müzakirə olunacaq.

Tədbirlərdə, bununla yanaşı, QDİƏT-nın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, təşkilati məsələlərə baxılacaq, komitələrin növbəti iclaslarının tarixi, yeri və gündəliyi müəyyən ediləcək.

Süleyman
Xəbəri paylaş