Şirvan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası barədə çox acınacaqlı xəbərlər eşidirəm. Şirvanda bu xidmət nə təcilidir, nə də təxirəsalınmaz.
Zənglərə gec cavab verilir, hərdən heç cavab vermirlər. Elə olur ki, xəstəni sakinlər özləri təcili yardıma çatdırırlar. Amma yenə də xidmət göstərilmir.
DEYƏCƏKSİNİZ NİYƏ?
Niyəsi odur ki Deyilənə görə Şirvan təcili yardımının - 103 xidmətinin rəhbəri, keçmişdə 113 xidmətində işləmiş Xalidə Hümbətova həkimləri çağırışlardan elə özü yayındırır.
Bu xanımın hərəkətini, məqsədini bilmək olmur. Gah deyir çağırışa getməyin, gah da deyir gedin. Kollektivi öz davranışı ilə daim gərginlikdə saxlayır.
Bütün işçilər əlindən bezib. Deyirlər çaşqın vəziyyətdə qalmışıq. Bu qadın 103 xidmətini bütün Şirvan və ətrafda biabır edir.
Həkimlərin camaat içində nüfuzunu aşağı salır. Deyəsən bu adamın özünün ciddi müalicəyə ehtiyacı var.
Ağlı başında olan insan həkimin çağırışa getməsinə niyə mane olsun?
Belə insanı hansı ağılla və ya nə məqsədlə belə bir məsuliyyətli yerə rəhbər vəzifəyə qoyublar? Təcili yardım zarafat, kapriz yeri deyil.
Heç kim ora kefindən müraciət etmir. İnsanların taleyi ilə oynamağa kim ixtiyar verib?
Mən Respublika Təcili Yardımına zəng vurub bu narazılıqla bağlı suallar verdim. Məsul şəxslərdən biri dedi ki, çox yaxın zamanda Şirvana ezam olunub bu məsələni ciddi araşdıracaqlar.
Amma XalidəHümbətova 103 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirəlam Calalovun arxalanıb ipə-sapa yatmadığını da eşitmişəm. Şəhid adından istifadə etdiyini də bildirirlər.
Qardaşının şəhid olduğunu deyir. Məlumatın yalan, yoxsa doğru olduğunu bilmirəm. Amma şəhid, qazi adından öz məqsədin üçün istifadə etmək yaxşı hal deyil. Gözləyək, görək yoxlamanın nəticəsi nə olur.
Sima Babayeva