Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalyaya gələn xarici turistlərin sayı 15 milyona çatıb

Antalyaya gələn xarici turistlərin sayı 15 milyona çatıb


Antalyaya gələn xarici turistlərin sayı 15 milyona çatıb.

Newscenter.az xəbər verir ki, bunu Peşəkar Otel İdarəçiləri Dərnəyinin (POYD) sədri Hakan Saatçioğlu deyib.

Keçən illə müqayisədə turist sayında artım olduğunu bildirən Saatçioğlu, "16 oktyabr tarixinə Antalya və Qazipaşa hava limanlarının statistikasına görə, 15 milyon xarici qonaq qəbul etdik. İlk sırada 3 milyon 250 min turistlə Rusiya, ikinci yerdə 2 milyon 750 min ilə Almaniya, üçüncü yerdə isə 1 milyon 300 nəfərlə İngiltərə qərarlaşıb",-deyə bildirib.

Dərnək rəhbəri deyib ki, ondan sonrakı yeri isə 1 milyon 100 min nəfərlə Polşa tutub. Onun sözlərinə görə, Antalyaya gələn xarici qonaqlarda 7 faiz artım olub:

"İlin sonuna qədər 17 milyon turist hədəfinə çata biləcəyimizə ümidliyik2.

Süleyman
Xəbəri paylaş