Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ASF: Hacıqabulda baş verən təbii hadisə ilə bağlı qiymətləndirmə aparılır

ASF: Hacıqabulda baş verən təbii hadisə ilə bağlı qiymətləndirmə aparılır


Hacıqabulda baş verən təbii hadisələrlə bağlı Aqrar Sığorta Fonduna kifayət qədər məlumat daxil olub.

Newscenter.az xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.

Onun sözlərinə görə, hazırda müstəqil ekspertlər tərəfindən hadisələrin qiymətləndirilməsi həyata keçirilir: “Həmin müraciətlər əsasında ərazilərə ekspertlər göndərilib. Taxılın biçin dövrü başa çatdığı üçün zərər əsasən meyvə bağlarına və pambıq sahələrinə olub. Bununla bağlı da ekspertlər regionlarımızda zərərlərin qiymətləndirilməsini həyata keçirirlər”.

O qeyd edib ki, ekspertlərin hesablamalarından sonra zərərin əhatə dairəsini müəyyən ediləcək.
Xəbəri paylaş