Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub

Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub


Azərbaycan prezidentinin üçrəngli bayrağımızı Xankəndində ucaltdığı gündən bir il keçdi. 2020-ci ilin 27 sentyabrdan başlanan-şanlı zəfər yolunda 2023-cü ilin sentyabrının 19-20-də 23 saata yekunlaşan anti-terror əməliyyatı Azərbaycanın bütün əraziləri üzərində süverenliyini təmin etdi və oktyabrın 15-də üçrəngli bayrağımızın Xankəndi şəhərinin mərkəzi meydanına sancilmasına yol açdı.

Xankəndində dalğalanan üçrəngli bayraq Azərbaycanın bütün ərazilərində süverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu, Azərbaycan ərazilərinin işğalına, xalqımzın iztirablarına göz yuman 30 illik beynəlxalq riyakarlığın aqibətini ifadə edir.

Təəsüf ki, Azərbaycanın bu şanlı qələbəsini həzm edə bilməyənlər tərəfindən ölkəmizə qarşı həmin qəbildən olan riyakarlıqlar davam etməkdədir. Bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarına yeni nəfəs vermək cəhdləri açıq-aydın görünür. Amma nədənsə görməməzliyə vurulur və unudulur ki, Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində yox, həm də onun havadarları, açıq və gizli dəstək verənləri üzərində də qələbə çalıb. Azərbaycan tarixinə möhtışım 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub.

Həm də Azərbaycan öz ərazi bütövlüyü və süverenliyi uğrundakı bu savaşdan təkcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir bir güclü dövlət kimi çıxıb. Azərbaycan bu qələbəsi ilə regionda yeni reallıqlar yaradıb və daha geniş planda yeni reallıqlar yaratmaqda davam edir. Bu əsasda Azərbaycan həm 30 il işğal altında olub xarabazara çevrilmiş ərazilərilərimizı əməkdaşlıq arenasına çevrirməklə, həm də hibrid müharibənin digər müstvilərində də uğurlu hərəkətini davam etdirmklə regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən güclü amil kimi özünü daha əsaslı şəkildə təsdiq etməkdə hədəflərə doğru irəliləyir!

Əli Məsimli, Milli Məclisin deputatı
Xəbəri paylaş