Ermənistan istər Qərbin, istərsə də Rusiyanın diqqət mərkəzindədir və bu səbəbdən onların dəstəyini almaqda davam edir.Maliyyə dəstəyi alan Ermənistan,həmçinin yeni silahlarla təchiz olunur.Bu dəstəklənmələr hər zamankı kimi indi də Ermənistanı danışıqlar prosesinə mane olmağa sövq edir desək yanılmarıq. Əslində bu Moskvanın hər zamankı siyasətidir.Rusiya hər zamankı kimi indi də Ermənistan və Azərbaycan arasında sülhün bağlanmasını istəmir və bu səbəbdən Rusiya regionda geosiyasi maraqlarını təmin etmək üçün çalışır.Həqiqət naminə desək, Paşinyanın qərbyönümlü olması və bu səbəbdən atdığı addımlar Rusiyanın bölgə ilə bağlı bəzi çirkin planlarını axsadır. Amma ,əvəzində bu prosesi ABŞ və Qərbin davam etdirməsini görürük və bu vəziyyət bizi hər iki qütbün arasında çox incə bir siyasət yürütmək lazım olduğunu şərt olaraq məcbur edir. Ölkəmizə qarşı 44-günlük müharibədə aldığımız qələbəni həzm edə bilməyən qüvvələrin hamısı məqam gözləyən kimi bir siyasət yürüdürlər və inanıram ki, bizim haqlı mövqeyimiz qarşısında onların məkirli siyasətləri qalib gələ bilən deyil. Çünki, haqlı olduğumuz qədər etibar ediləcək dost olmağı bilirik.Həmçinin müttəfiq və iqtisadi təəfdaş olmağı sübut etmiş ölkələrdən biriyik.
Çingiz Şahbazi, siyasi ekspert