Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu şəxslərin kreditləri bağışlanacaq

Bu şəxslərin kreditləri bağışlanacaq


Qazaxıstanda bır sıra kateqoriyadan olan şəxslərin kreditləri bağışlana bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Əbilqasımova məlumat verib.

"Hazırda banklar və mikromaliyyə təşkilatları qarşısında sosial cəhətdən həssas qruplar üçün yeni tələblər qoyulub. Buna əsasən, ilk növbədə problemli borcların tənzimlənməsi planı tərtib edilməlidir",-deyə o bildirib.

Onun sözlərinə görə, planda sosial cəhətdən həssas qruplar üçün konkret tələb var:

"Əgər onların kredit müddəti bir neçə il yubanırsa, krediti ödəyə bilmirlərsə, borc tam və ya qismən silinməlidir. Biz belə bir tələb irəli sürmüşük. Belə bir tələb qoyulub".

Mehman Mehdiyev
Xəbəri paylaş