"İdeyanı Reallaşdır - 2023" fərdi qrant müsabiqəsinin qalibi olan "İşğaldan azad olunmuş rayonlara investisiyaların cəlbində gənclərin rolu" layihəsinə yekun vurulub.
Newscenter.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, "GUYS Group"un tərəfdaşlığı ilə həyata keçirilib.
Layihə çərçivəsində sahibkarlarla müvafiq mövzuları əhatə edən ümumilikdə 5 görüş keçirilib. Görüşlərdə sahibkarlar Azad Manaflı, Zaur Cahangirov, Əkbər Əkbərzadə, Ağəli Əhmədov, Qumru Şərifova və Bəylər Əlizadə qonaq qismində çıxış ediblər. Bu görüşlərdə 100 nəfərdən çox gəncin iştirakı qeydə alınıb.
Layihənin sonunda bütün iştirakçılar müvafiq olaraq sertifikatla təltif edilib.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş rayonlara investisiyaların cəlbində gənclərin rolunu artırmaqla yanaşı, sahibkar və təşəbbüskar gənclərin birgə fəaliyyətini təmin etməkdən ibarət olub.