Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov oktyabrın 17-də bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək üçün Laos Xalq Demokratik Respublikasının Vyentyan şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, sessiyada “İnteqrasiya və inklüziv artım üçün parlament əməkdaşlığı” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Səfər oktyabrın 21-də başa çatacaq.
Süleyman