Yaxın vaxtlarda Qazaxıstan BRİKS-ə qoşulmaq üçün müraciət etməyəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Vali deyib.
Onun sözlərinə görə, Qazaxıstan BRİKS-in təkamülünü maraqla izləyir və bu ölkələrin istənilən fövqəlgüclərin hegemonluğundan azad ədalətli dünya nizamı yaratmaq üçün bütün çağırışlarını dəstəkləyir.
"Prezident Qazaxıstanın BRİKS-ə daxil olması ilə bağlı təkliflər alıb. Çünki ölkəmiz beynəlxalq birliyin məsuliyyətli və nüfuzlu üzvü kimi tanınır. Bu təkliflər dövlət başçısı tərəfindən diqqətlə nəzərdən keçirilir", - o qeyd edib.
Anar Əliyev