Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Gürcüstanda qanlı inqilab hazırlayır

Qərb Gürcüstanda qanlı inqilab hazırlayır


Gürcüstanda oktyabrın 26 - da keçiriləcək parlament seçkiləri öncəsi siyasi vəziyyət hər ötən gün daha da gərginləşir. İqdidarda olan Gürcü Arzusu Partiyası Qərbin şantajlarına boyun əyməməsindən sonra hökumətə qarşı ciddi təzyiqlər başlayıb. Qərbin bir çox dövləti, xüsusilə ABŞ və Fransa Gürcüstanda hakimiyyəti devirmək üçün hərəkətə keçib. Bunun üçün müxalifətlə fəal iş aparılır. " Xarici agentlər " haqqında qanunun qəbulundan sonra ölkə Gürcüstandakı əlaltılarına yardım göndərməkdən məhrum olan Qərb indi fərqli alternativini işə salıb. Faktiki olaraq Gürcüstanda Fransanın adamı hesab edilən ölkə prezidenti Salome Zurabaşvili bir zamanlar dəstəyi ilə hakimiyyətə gəldiyi hökuməti devirmək üçün hərəkətə keçib. Seçkilərə ciddi hazırlaşan prezident Qərbin dəstəklədiyi müxalifətlə açıq - gizli görüşlər keçirərək ölkədə baş verəcək çevrilişə rəhbərlik etməyə hazırlaşır. Xanım Zurabaşvili özünü prezident kimi yox, daha çox xarici paytaxtlardan gələn əmirləri icra edən müxalifət lideri kimi aparır. Elə bu səbəbdəndir ki, hökumətin bir çox nümayəndələri onu xaricə satılmış agent adlandırırlar. Zurabaşvili açıqlamasında bildirib ki, seçkidən sonra texnokrat hökumət qurulacaq və bu prosesdə bütün müxalifət partiyaları iştirak edəcəklər. O, Baş nazir vəzifəsinə namizədinin olduğunu da bildirib. Gürcüstandakı Qərbə yaxın mediya qurumları son zamanlar keçmiş baş nazir Nika Gilaurinin təbliğatını aparır. İddia edilir ki, Qərbin hökumətin başında görmək istədiyi şəxs Mixail Saakaşvili dövrünün sonuncu hökumət rəhbəri olan Gilaulidir. Belə bir hökumətin qurulacağı barədə iddianın səsləndirilməsi və ona rəhbərlik üçün Gilaulinin seçilməsi 2 ehtimalı ağla gətirir. Birincisi, nə prezident Zurabaşvili, nə müxalifət, nə də onların dəstəkçisi olan Qərb müxalifətin seçkilərdə qalib gələcəyinə inanmır. Əgər belə olsaydı texnokrat hökumətin qurulması haqqında düşünülməzdi. İkinci məsələ isə hökumətə rəhbərlik üçün Nika Gilaurinin adının hallandırılmasıdır. Məntiqlə, əgər texnokrat hökumət qurulacaqsa onun rəhbəri siyasətçi olmamalı idi. Gilauli isə siyasi fiqurdur. İndiki hökumətin əsas müxalifi olan həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin əsas adamıdır. Görünür ki, əsas niyyəti Sakaavşilinin qayıdışını təmin etməkdir. Sadəcə olaraq bu hazırda hüquqi cəhətdən mümkün deyil. Çünki keçmiş prezident bir çox cinayətdə ittiham edilir və həbsxanada cəza çəkir. Digər bir məsələ isə onun hakimiyyətə qayıdışının əhali arasında təşviş yaratmasıdır. 2008 - ci il müharibəsindən sonra gürcü xalqı Rusiya ilə müharibədən ehtiyatlanır. Buna görə də Mixail Saakaşvilinin hakimiyyətə qayıdışı məsələsinə bir o qədər isti baxmırlar. Ancaq Nika Gilaurinin baş nazir olması məhz Saakaşvilinin qarşısını açmaq üçündür. Görünür ki, Qərb 2008 - ci ildə verdiyi bütün vədlərə xilaf çıxaraq Rusiya qarşısında tək qoyub kömək etmədiyi Mixail Saakaşvilini yenidən meydana çıxarmaq niyyətindədir. Əlbətdə ki, okeanın o tayındakı misterlərin Gürcüstan heç vecinə də deyil. Belə olsaydı onlar nə 2008 - ci ildə bu ölkəni Rusiya qarşında tək qoymazdılar, nə də bir qanuna görə Gürcüstana verilən yardımları kəsməzdilər. Halbuki bu qanun ABŞ - ın özündə çoxdan qəbul edilib. Hazırda Gürcüstan Qərbə iki məsələyə görə lazımdır. Birincisi regional lahiyyələrə mane olmaq üçün. Hazırda Cənubi Qafqazda 44 günlük müharibədən sonra əməkdaşlıq mühiti üçün şərait var. Azərbaycana təzyiq edə bilməyən ABŞ və Fransa kimi ölkələr bu məsələni Ermənistan və Gürcüstan kimi regionun digər ölkələri ilə pozmağa çalışırlar. İkincisi isə Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq istəməsidir. Bunun üçün isə ən optimal variant Gürcüstan məsələsidir. Qərb var gücü ilə çalışır ki, Gürcüstan və Rusiyanın münasibəti müharibə səviyyəsinə çatsın. Bununla da Ukraynada rus qoşunları çətin duruma düşsün. Təbii ki, bu Fransa və ABŞ kimi dövlətlərin ənənəvi planıdır. Öz məkrli planlarını həyata keçirmək üçün digər dövlətləri qan gölünə çevirmək. Bunun üçün özlərini demokrat kimi təqdim edən bu dövlətlər xarici havadarları vasitəsi ilə inqilab elanları verməklə konkret şəkildə xalqın seçimini ayaqlar altında alırlar.

Zeynal Əmrəliyev
Xəbəri paylaş