Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub, tədris dayandırılıb

Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub, tədris dayandırılıb


Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Malatya vilayətində qeydə alınıb.

Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə "X" hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.

Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

Bunu şəhər valisi Seddar Yavuz bildirib.
Xəbəri paylaş