ADY sədrinin müşaviri Arif Ağayev Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Rail” şirkətinin dəvəti ilə Əbu-Dabidə keçirilmiş nüfuzlu “Global Rail” tədbirində iştirak edib.
Newscenter.az xəbər verir ki, təbir çərçivəsində “Etihad Rail”in rəhbər şəxsləri ilə görüşən Arif Ağayev Azərbaycan və BƏƏ dəmir yolu administrasiyları arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
ADY rəsmisi, həmçinin “Etihad Rail”in müasir dəmir yolu obyektlərini ziyarət edib və şirkətin infrastruktur və əməliyyat siyasətləri haqqında müzakirələrə qoşulub.
Süleyman