Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir neçə dəqiqə ərzində infarkt diaqnozunu qoya bilən qan testi hazırlanıb

Bir neçə dəqiqə ərzində infarkt diaqnozunu qoya bilən qan testi hazırlanıb


Con Hopkins Universitetinin tədqiqatçıları bir neçə dəqiqə ərzində infarkt diaqnozunu qoya bilən sürətli və dəqiq qan testi hazırlayıblar.

Newscenter.az xarici KİV-ə istinadən bildirir ki, bu yenilikçi test təcili müalicəni sürətləndirməklə insanların həyatını xilas etmək potensialına malikdir.

Con Hopkins Universitetinin tədqiqatçısı Peng Zheng bu vəziyyəti belə izah edir:

“İnfarktlara tez diaqnoz qoymaq həyati əhəmiyyət kəsb etsə də, klinik mühitdən kənarda erkən diaqnoz qoymaq çox çətin və hətta qeyri-mümkün ola bilər. Təqdim etdiyimiz yeni texnologiya bir insanın infarkt keçirib-ötürmədiyini tez və dəqiq müəyyən etməyə imkan verir”.

Qeyd edək ki, təkcə ABŞ-da hər il 800 mindən çox insan infarkt keçirir.

Mehman Mehdiyev
Xəbəri paylaş