Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaz Regional Əməkdaşlıq Platforması sabah İstanbulda toplanır

Cənubi Qafqaz Regional Əməkdaşlıq Platforması sabah İstanbulda toplanır


Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası 18 oktyabr 2024-cü il tarixində İstanbulda keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Arakçi iştirak edəcək.

İclasda regionda müharibə və qarşıdurma əvəzinə sabitliyin bərqərar olması və rifahın artırılması istiqamətində atılacaq addımlar dəyərləndiriləcək, konkret əməkdaşlıq layihələri, o cümlədən regional əlaqələrin gücləndirilməsi müzakirə olunacaq.

Önəmli regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsinin aparılacağı görüşdə xarici işlər naziri Fidan Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylərə toxunacaq və problemlərin həlli üçün regional mülkiyyətin ən etibarlı üsul olduğunu vurğulayacaq.

Görüş çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan qonaq nazirləri qəbul edəcək, nazir Fidan isə həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclasının sonunda iştirakçı ölkələr tərəfindən birgə bəyannamənin qəbul edilməsi planlaşdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş