Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir C.Bayramovun oktyabrın 18-də İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində, həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Mehman Mehdiyev