"COP29 tədbirinin Azərbaycanda keçirilməsinin maliyyə məsələlərinin kimin tərəfindən həll edilməsi maraq doğurur. Beynəlxalq tədbirin hər hansı ölkənin ərazisində keçirilməsi, xüsusən də, COP29 kimi bütün dünyanı maraqlandıran bir tədbirin təşkili məsələsi üçün beynəlxalq səviyyədə BMT tərəfindən maliyyə ayrılması mütləqdir. Yəqin ki, bu, belədir. Çünki tədbirdə müzakirə ediləcək və qəbul ediləcək qərarlar bütün dünyaya aiddir. Azərbaycan sadəcə bunun üçün ərazi kimi seçilməlidir, fikrimcə.
Yox, əgər, maliyyə məsələləri tədbiri keçirən ölkənin üzərinə düşürsə, bu, fikirləşmək olar ki, ya həmin ölkənin boynuna qoyulan yükdür, ya da həmin ölkə özünü dünyaya hansısa şəkildə, nəsə kimi sırımaq istəyir. Təbii ki, 80 mindən çox müftəxorun xərcini çəkmək həmin ölkə üçün normal hal sayılmamalıdır".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. Onun sözlərinə görə, kimsə fikirləşməsin ki, bu tədbirin siyasi əhəmiyyətini başa düşmürəm:
"Azərbaycana hansısa dividentlərin gətirməsini bilmirəm. Amma, əgər, xərc Azərbaycanın öhdəsinə düşürsə, Azərbaycan hakimiyyətinin xalqın pulunu ondan soruşmadan kimlərəsə xərcləməsinin hesabatını verməlidir. Əldə olunun divident xərclənən pula dəyərmi, xüsusən də, gələcək ölkə liderləri arasında üçüncü dərəcəli liderlər olacaqsa, onda nə divident əldə etdiyimizi mütləq hakimiyyətdən soruşacağıq. Hələ bu tədbirin əleyhimizə çevrilməsi təhlükəsi isə də öz yerində.
Süleyman