Emənistan durmadan silahlanmanı gücləndirir. Silahların xarakteristikasına baxsaq bunların əsas hissəsinin hücum məqsədi daşıdığını görərik.
Paralel olaraq Avropa İttifaqının yarımhərbi missiyası gücləndirilir, Ermənistan müdafiə nazirinin baş qərargah rəisi Edvard Asatryan ABŞ-da silah sərgisində iştirak edir, Hindistan 500 km hədəfləri vuran raket göndərir və sairə, və ilaxır.
Bütün bunları müşahidə etdikdə belə nəticə formalaşır ki, Ermənistan birmənalı olaraq müharibəyə hazırlaşır.
Amma necə deyərlər, gələcəkləri varsa, gorəcəkləri də var. Tam əminəm ki, əgər belə bir hal baş versə Azərbaycan və Ermənistan sərhədlərinin harada olmasını Müzəffər Azərbaycan Ordusu müəyyənləşdirəcək. Ermənistanın müstəqiliyinin qalıb-qalmaması isə sual altına düşəcək