Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Evlilik dövründə götürülmüş kreditlər necə bölünür?

Evlilik dövründə götürülmüş kreditlər necə bölünür?


Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu
digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, AİLƏNİN EHTİYACLARI üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur.
Bu səbəbdən də birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında BÖLÜNÜR.
Xəbəri paylaş