"Füzulinin işğaldan azad edilməsi İkinci Qarabağ Müharibəsində tarixi zəfərimizə yol açan əsas amillərdən biri oldu. Məhz düşmıənin Füzulidə qurduğu ciddi istehkamların Müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində darmadağın edilməsi qələbəmizə yol açdı".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib. İctimai Birlik sədri deyib ki, Ermənistan ən ciddi və keçilməz istehkamları məhz Füzulidə yerləşdirmişdi və buranın alına biləcəyini təsəvvür edə bilmirdi:
"Lakin Müzəffər Azərbaycan Ordusu qarşısına qoyduğu vəzifəni bacardı və oktyabrın 17-də Füzuli işğaldan azad edildi".
Arzuman Muradlı deyib ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdu:
"Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Həmin günlərdə biz hamımız qələbə xəbərlərinə, Prezidentin qələbə “tvit”lərinə köklənmişdik. Füzulinin də işğaldan azad ediləcəyi günü səbrsizliklə gözləyirdik. Prezident İlham Əliyev həmin xoş xəbəri 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı".
Arzuman Muradlı deyib ki, 30 ilə yaxın işğal dövründə ermənilər Füzulini xarabalığa çevirmiş, daşı daş üstə qoymamışdılar:
"Cənab Prezident İlham Əliyev də təəssüf hissi ilə qeyd edirdi ki, Füzulidə Azərbaycan bayrağını ucaltmaq üçün bir dənə sağlam bina qalmamışdı, hamısı işğal dövründə ermənilər tərəfindən daöıdılmışdı. Bu gün isə Füzuli işğaldan azad olunmuş digər şəhər və rayonlar kimi yenidən qurulur, abadlaşır".
Süleyman