Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub

Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a bildirilib ki, ondan 1 kiloqrama yaxın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş